Cəbrayılda 32 ildən sonra ilk dəfə “Son zəng” çalınıb

Cəbrayılda 32 ildən sonra ilk dəfə “Son zəng” çalınıb

14 İyun 2025

Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində ilk dəfə "Son zəng" tədbiri keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu il orta məktəbdən məzun olanların sayı 5 nəfərdir.

Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.