Agentlik: "Naxçıvanxəbərləri" bölgənin ictimai həyatının güzgüsünə çevrilib

Agentlik: "Naxçıvanxəbərləri" bölgənin ictimai həyatının güzgüsünə çevrilib

29 May 2025

“Naxçıvanxəbərləri” informasiya portalının fəaliyyətə başlamasının 10 ili tamam olur. Yubiley münasibətilə müxtəlif qurumlar tərəfindən kollektivimizə təbriklər ünvanlanır.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov da əməkdaşlarımızı bu münasibətlə səmimi şəkildə təbrik edib.

Elnur İbrahimov təbrikində qeyd edib ki, “Naxçıvanxəbərləri” on il ərzində müstəqil jurnalistikanın əsas prinsiplərinə sadiq qalaraq, oxuculara dolğun, obyektiv və çevik məlumatlar çatdırmaq missiyasını uğurla yerinə yetirib.

"Naxçıvanxəbərləri" informasiya portalı bu müddətdə sadəcə bir xəbər portalı deyil, həm də bölgənin ictimai, siyasi və mədəni həyatının güzgüsünə çevrilmişdir”, – deyə o bildirib.

Agentlik sədri portalın peşəkarlığını, prinsipial mövqeyini və cəmiyyətə verdiyi töhfələri yüksək dəyərləndirib. O, gələcəkdə daha böyük uğurlar, yeniliklər və geniş oxucu auditoriyası arzuladığını vurğulayıb.