Ombudsman: "Naxçıvanxəbərləri" əhalinin insan hüquqları ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına töhfə verir

Ombudsman: "Naxçıvanxəbərləri" əhalinin insan hüquqları ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına töhfə verir

31 May 2025

“Naxçıvanxəbərləri” informasiya portalının 10 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva bizi təbrik edib.

Təbrik məktubunda qeyd olunub ki, “Naxçıvanxəbərləri” regional informasiya məkanında özünəməxsus yerə malikdir və muxtar respublikanın ictimai, sosial və iqtisadi inkişafı ilə bağlı məlumatları geniş auditoriyaya operativ və obyektiv şəkildə çatdırmaqla cəmiyyətə mühüm töhfə verir:

“Sayt doğru və prinsipial bir yol seçərək, muxtar respublikada əhalinin insan hüquqları ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına, hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişafına töhfə verir".

Ombudsman bildirib ki, “Naxçıvanxəbərləri” yalnız yerli deyil, həm də ölkə hüdudlarından kənarda yaşayan oxucular üçün informasiya əldə etmək və məlumat almaq hüquqlarının təmin olunmasında mühüm missiyanı yüksək peşəkarlıqla həyata keçirir:

“Ötən illər ərzində nümunəvi inkişaf yolu keçən bu sayt artıq Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, hər kəsin müraciət etdiyi ünvana çevrilib". 

Günay Rzayeva sonda sayt kollektivinə gələcək fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzulayıb.