Etibarlı informasiya ünvanı - Deputatdan təbrik

Etibarlı informasiya ünvanı - Deputatdan təbrik

31 May 2025

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şair-publisist Qafar Qənbərov da kollektivimizi 10 illik yubiley münasibətilə təbrik edib.

Deputat qeyd edib ki, “Naxçıvanxəbərləri” bu illər ərzində daim öndə olub, xəbər yayımında liderlik mövqeyini qoruyub saxlayıb. Onun sözlərinə görə, azsaylı kollektivlə böyük işlərə imza atan bu portal qısa zamanda yalnız informasiya vasitəsi kimi deyil, həm də digər saytlar üçün nümunəyə çevrilib:

Qafar Qənbərov “Naxçıvanxəbərləri”ni muxtar respublikanın ən peşəkar informasiya saytlarından biri adlandıraraq, portalın bundan sonra da dövlətçiliyin və müstəqilliyin inkişafında mühüm rol oynayacağına inandığını bildirib.

Sonda deputat informasiya portalının kollektivinə yeni-yeni uğurlar arzulayıb.