Nazir: Sizinlə əməkdaşlığı yüksək qiymətləndiririk

Nazir: Sizinlə əməkdaşlığı yüksək qiymətləndiririk

01 İyun 2025

“Naxçıvanxəbərləri” informasiya portalının fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şahin Mirzəyev də əməkdaşlarımızı təbrik edib.

Nazir təbrik müraciətində qeyd edib ki, zamanın tələblərinə uyğun formalaşan bu media platforması son on ildə bölgədə baş verən hadisələrin, sosial, iqtisadi və ictimai proseslərin obyektiv şəkildə işıqlandırılmasında mühüm rol oynayıb.

“Portalın operativliyi, dəqiq informasiya siyasəti və cəmiyyətə göstərdiyi informasiya xidməti onun ictimai nüfuzunu daha da artırmışdır,” – deyə Şahin Mirzəyev vurğulayıb.

Təbrikdə qeyd olunub ki, “Naxçıvanxəbərləri” portalı fövqəladə halların qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə görülən işlərin ictimaiyyətə çatdırılması baxımından da xüsusi fəallıq göstərib.

Nazir portal kollektivi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib və gələcəkdə bu əməkdaşlığın daha da möhkəmlənəcəyinə inandığını qeyd edib.

Sonda Şahin Mirzəyev “Naxçıvanxəbərləri” komandası üzvlərinə cansağlığı və fəaliyyətlərində yeni uğurlar arzulayıb.