İcra başçısı: Media sahəsində göstərdiyiniz fəaliyyəti yüksək qiymətləndiririk

İcra başçısı: Media sahəsində göstərdiyiniz fəaliyyəti yüksək qiymətləndiririk

31 May 2025

“Naxçıvanxəbərləri” informasiya portalının fəaliyyətə başlamasından 10 il ötür. Yubiley münasibətilə müxtəlif dövlət qurumları və ictimaiyyət nümayəndələri kollektivimizə təbriklərini ünvanlayırlar.

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev də redaksiya heyətinə təbrik məktubu ünvanlayıb. 

Təbrik məktubunda qeyd olunur:

“Fəaliyyət göstərdiyiniz dövr ərzində Naxçıvan Muxtar Respublikasının informasiya məkanında özünəməxsus mövqe qazanan “Naxçıvanxəbərləri” informasiya portalı cəmiyyətə tərəfsiz, operativ və dəqiq informasiya təqdim etməklə bu sahədə mühüm rol oynamışdır. Portalın fəaliyyəti yalnız xəbər yayımı ilə məhdudlaşmır, eyni zamanda regionun ictimai-siyasi, mədəni və tarixi həyatının dolğun şəkildə ictimaiyyətə çatdırılması baxımından da təqdirəlayiqdir". 

Şahbuz Rayon İcra Hakimiyyəti portalın kollektivinə gələcək fəaliyyətlərində də uğurlar arzulayıb və əməkdaşlarımızın informasiya siyasətini yüksək qiymətləndirib:

“Media sahəsində göstərdiyiniz fəaliyyəti yüksək qiymətləndirir, Sizə və bütün kollektivinizə yeni-yeni yaradıcılıq nailiyyətləri, möhkəm cansağlığı və uğurlar arzulayırıq. Əminik ki, gələcəkdə də milli maraqlara xidmət edən obyektiv və etibarlı informasiya siyasətinizlə media ictimaiyyətində öncül mövqeyinizi qoruyacaqsınız”. - deyə İcra başçısı qeyd edib.