Qəzənfər Abdullayev: “Naxçıvanxəbərləri” informasiya məkanında etibarlı və obyektiv mövqeyi ilə seçilir

Qəzənfər Abdullayev: “Naxçıvanxəbərləri” informasiya məkanında etibarlı və obyektiv mövqeyi ilə seçilir

29 May 2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Naxçıvanxəbərləri” informasiya portalının 10 illik yubileyi münasibətilə bizə ünvanladığı təbrik məktubunda portalın fəaliyyətini yüksək dəyərləndirib.

O bildirib ki, “Naxçıvanxəbərləri” informasiya məkanında etibarlı və obyektiv mövqeyi ilə seçilir, ictimaiyyəti dəqiq və operativ məlumatlarla təmin edir:

“Artıq bir onillikdir ki, portalınız informasiya məkanında etibarlı və obyektiv mövqeyi ilə seçilir, ictimaiyyəti dəqiq və operativ məlumatla təmin edir. Bu illər ərzində siz cəmiyyətin maarifləndirilməsi, ictimai rəyin formalaşması və regionun tanıdılması istiqamətində də mühüm töhfələr vermisiniz".

Qəzənfər Abdullayev qeyd edib ki, mətbuata məsuliyyətlə yanaşma, dövlət qurumları ilə səmərəli əməkdaşlıq və informasiya etikası prinsiplərinə sadiqlik “Naxçıvanxəbərləri”ni geniş oxucu auditoriyasının etibar etdiyi bir platformaya çevirib.

“Biz də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası olaraq sizinlə illərdir davam edən qarşılıqlı və məhsuldar əməkdaşlığımızı yüksək dəyərləndiririk" – deyə o əlavə edib.

Sonda sədr müavini portal kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.