
Bəxtiyar Əhmədov: İnformasiya əsrində etibarlı xəbər mənbəyi olmaq böyük məsuliyyətdir
“Naxçıvanxəbərləri” bu məsuliyyəti artıq 10 ildir ki, peşəkarlıqla daşıyır. Bu fikirləri “Avto Mexanika” MMC-nin direktoru Bəxtiyar Əhmədov portalın 10 illik yubileyi münasibətilə redaksiyaya ünvanladığı təbrik məktubunda bildirib.
“Zaman dəyişir, texnologiyalar sürətlə inkişaf edir, amma dürüst və etibarlı xəbər mənbəyinə olan ehtiyac heç vaxt dəyişmir. Məhz elə bir dövrdə – sosial medianın informasiyanı dumanlılaşdırdığı çağımızda – "Naxçıvanxəbərləri" on ildir ki, aydınlıq gətirən bir mayak kimi fəaliyyət göstərir,” – deyə o vurğulayıb.
Təbrik məktubunda qeyd olunub ki, informasiya bolluğu və texnoloji transformasiyalar dövründə etibarlı xəbər yayımı ciddi məsuliyyət tələb edir.
“Naxçıvanxəbərləri” bu vəzifəni yalnız yerinə yetirmir, həm də regionun səsini ölkəyə və dünyaya çatdırmaq kimi mühüm missiyanı uğurla davam etdirir.
Bəxtiyar Əhmədov redaksiya kollektivinin peşəkarlığını, ictimai məsuliyyətini və yerli dəyərlərə sədaqətini yüksək qiymətləndirərək əlavə edib:
“10 il az müddət deyil – bu illər zəhmətin, davamlılığın və xalqa bağlılığın göstəricisidir. İnanıram ki, qarşıdakı illər sizin üçün daha məhsuldar, daha geniş auditoriyalı və daha böyük uğurlarla yadda qalacaq". - deyə o, bildirib.