Oxucu məktubu: Sizə təşəkkür edirik!

Oxucu məktubu: Sizə təşəkkür edirik!

29 May 2025

"Naxçıvanxəbərləri" informasiya portalının fəaliyyətə başlamasının 10 illik yubileyi münasibətilə redaksiya kollektivini səmimi-qəlbdən təbrik edirəm!

Ötən on il ərzində "Naxçıvanxəbərləri" cəmiyyətin informasiya ehtiyaclarının qarşılanması, obyektiv və operativ xəbər çatdırılması, eyni zamanda ictimai rəyin formalaşmasında əhəmiyyətli rol oynayan etibarlı media orqanına çevrilmişdir.

Peşəkarlıq prinsiplərinə daim sadiq qalaraq informasiya mühitində fərqlənən fəaliyyətiniz təqdirəlayiqdir.

Media sahəsində tutduğunuz məsuliyyətli mövqe, regionun ictimai, sosial və mədəni həyatını mütəmadi işıqlandırmağınız maarifləndirici və şəffaf informasiya siyasətinə verilmiş önəmli töhfədir.

"Naxçıvanxəbərləri" günün istənilən saatında operativ xəbərlərin yayımlandığı, daim etibarlı və nüfuzlu platforma kimi seçilməyi bacarmışdır.

Sizə və bütün kollektivinizə gələcək fəaliyyətinizdə davamlı uğurlar, yeni-yeni nailiyyətlər və yaradıcılıq enerjisi arzulayıram!

Hörmətlə,

Badisəba Sadiqova
Marketinq üzrə mütəxəssis