
“Naxçıvanxəbərləri” regionun güzgüsünə çevrilib - İzləyici məktubu
“Naxçıvanxəbərləri” İnformasiya Portalının 10 illiyi münasibətilə redaksiyaya ünvanlanan təbriklər sırasında Azərişıq ASC-nin Naxçıvan Regional Elektrik Təchizatı və Satışı İdarəsinin baş mühəndisi Tusi Kazımovun məktubu da diqqət çəkir.
Tusi Kazımov təbrikində bildirib ki, bu on il ərzində “Naxçıvanxəbərləri” təkcə xəbər portalı olaraq deyil, həm də Naxçıvanın ictimai həyatının güzgüsü kimi formalaşıb:
"Sizin sayənizdə biz təkcə xəbərləri oxumuruq, həm də Naxçıvanın döyünən nəbzini hiss edirik. İstər enerji sahəsindəki yeniliklər, istərsə də sosial hadisələr – hər bir məsələni diqqətlə, məsuliyyətlə işıqlandırırsınız. Bu isə jurnalistikanın ən vacib şərtlərindən biridir: etibar və ardıcıllıq".
Baş mühəndis onu da vurğulayıb ki, informasiya cəmiyyətində güvənilən və operativ bir medianın varlığı hər bir sahənin inkişafı üçün mühüm dayaqlardan biridir:
"Sizin işiniz bizim işimizi asanlaşdırır. Oxucuya, vətəndaşa doğru informasiya çatdırmaqla həm şəffaflıq, həm də etimad qurursunuz. Bunun üçün sizə təşəkkür edirəm və qarşıdakı illərdə daha böyük uğurlar arzulayıram".
Qeyd edək ki, “Naxçıvanxəbərləri” regionun gündəmini gündəlik işıqlandırmaqla yanaşı, vətəndaşların səsinə çevrilən informasiya mənbələrindən biri kimi tanınır.